Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə köhnə Ələt- Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford”markalı mikroavtobus ilə “VAZ-2106” markalı avtomobilin toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Mikroavtobusda olan sərnişinlərin toydan qayıtdıqları bildirilir.

İstinadlar Report