Cəlilabad rayonunda şəkər çuğundurunun yığımı başlayıb.
Bu barədə “Report”un Muğan bürosuna Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu il 148 hektar sahədə şəkər çuğunduru əkilib. Bu günə qədər sahələrdən 2 min ton məhsul əldə olunub. Orta məhsuldarlığın hər hektar üçün 24-25 ton olacağı gözlənilir.
Məlumata görə, ötən il rayonda cəmi 3 hektar sahədə bu bitki əkilib.