Cəlilabad rayonunda Vətən müharibəsindən şəhid olan hərbçilər anılıb.

Rayonun Hacıcavad kəndində gizir İbrahimli Elməddin Zeynəddin oğlunun, Üçtəpə kəndində Cəfərov Ayxan Camaləddin oğlunun, Qarakazımlı kəndində Abdullayev Tosif Vidadi oğlunun və Tahirli kəndində Quliyev Tərlan Bəxtiyar oğlunun anım mərasimləri keçirilib.

Şəhidlərimizin anım mərasimlərində qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq onların əziz xatirəsi yad edilib.

Qeyd edək ki, gizir İbrahimli Elməddin Zeynəddin oğlu 19 noyabr 1999-ci ildə Cəlilabad rayonun Hacıcavad kəndində anadan olub. Füzuli-Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Cəfərov Ayxan Camaləddin oğlu isə 6 sentyabr 1996-ci il Üçtəpə kəndində anadan olub. Qubadlı ətrafında gedən döyüşlər zamanı şəhid olub və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Digər şəhid, Abdullayev Tosif Vidadi oğlu 8 dekabr 1998-ci ildə Qarakazımlı kəndində anadan olub. Suqovuşan döyüşləri zamanı şəhid olub və “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Quliyev Tərlan Bəxtiyar oğlu 22 dekabr 1999-ci ildə Tahirli kəndində anadan olub. Füzuli döyüşləri zamanı şəhid olub və “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.|

İstinadlar Report