Cəlilabad rayonunda Vətən müharibəsi iştirakçılarına medalların təqdimat mərasimi keçirilib.

Mərasim Heydər Əliyev Mərkəzində baş tutub.

Tədbirdə rayonun rəsmi şəxsləri ilə yanaşı şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun şücaətindən söz açılıb.

Sonra şəhid ailələrinə, qazilərə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən medallar təqdim olunub.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.