Cəlilabad rayonunda çiyələk yığımı yekunlaşıb.
Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən “Report”un yerli bürosuna verilən məlumata görə, bu il rayonda 606 hektar sahədə çiyələk bitkisi əkilib.
2023-cü ildə isə bu rəqəm 506 hektara bərabər olub.
Cari il sahələrdən 16 100 ton məhsul toplanıb. Keçən il isə bu rəqəm 12 860 ton olub.
Həmçinin qeyd olunub ki, toplanan çiyələyin böyük bir hissəsi – 11 967 tonu xarici bazarlara (Rusiya və ərəb ölkələrinə) ixrac olunub.