Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

Hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan “Niva” markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yaralılar Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onların və vəfat edənin şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

İstinadlar Qafqazinfo