
Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
Hadisə rayonun Ocaqlı kəndində qeydə alınıb.
Kənd sakini, 1985-ci il təvəllüdlü Amid Həsənova məxsus “VAZ 2107” markalı minik avtomobili qəfildən alışıb. Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.