
Cəlilabad rayonunda bu mövsüm mərci sahələri iki dəfəyə yaxın artırılıb.
Bu barədə “Report”un yerli bürosuna Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verilib.
Məlumata görə, bu il 383 hektar sahədə mərci bitkisi əkilib. Ötən il bu rəqəm 216 hektara bərabər olub.