Cəlilabadda mebel fabrikinin fəaliyyəti dayandırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “Woodpecker” mebel fabrikində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.