Cəlilabadda kiberdələduzluq və bank kartlarından oğurluq hallarına qarşı tədbirlər təşkil olunub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai iaşə obyektlərinin, ödəmə terminallarının və bankomatların yaxınlığında vətəndaşların kibermaarifləndirilməsi məqsədilə məlumatverici lövhələr asılıb.
Lövhələrdə kiberdələduzluqla məşğul olan şəxslərin ən çox istifadə etdiyi üsullar barədə ətraflı məlumatlar yerləşdirilib.