Cəlilabad rayonunda iki yeniyetmə dəm qazından zəhərlənib.

Hadisə rayonun Ocaqlı kəndində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü T.Nuriyeva və 2010-cu il təvəllüdlü M.Qasımova dəm qazından zəhərləniblər.

Onlar təcili tibbi yardım avtomobili ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdiriliblər.

İstinadlar Report