Cəlilabad rayonunda yanğın hadisəsi olub.

Hadisə rayonun Şorbaçı kəndində qeydə alınıb.

Belə ki, Güldəran Mənsurovaya məxsus birmətrəbəli fərdi yaşayış evdə yanğın olub. Səhər saatlarında yuxuda olan Mənsurovlar ailəsi yanğını gec bilib.

Ev tamamilə yanıb. Xoşbəxtlikdən qonşuların müdaxiləsi nəticəsində mənzildə yaşayanlar (6 nəfər) yanğından xəsarətsiz xilas olunub.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov


İstinadlar Qafqazinfo