Cəlilabad rayonunda yanğın hadidəsi baş verib.

Hadisə rayonun Çünəxanlı kəndində, Ağayev Akif Yavər oğluna məxsus evdə qeydə alınıb. 

Hadisə yerinə Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Lakin güclü külək yanğını sürətləndirib, ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Yanğın söndürülüb. İlkin məlumata görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

İstinadlar Qafqazinfo