
Cəlilabadda qətl hadisəsi törədilib.
Hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Kənd sakini Qədirağa Mirzəyev həyat yoldaşı Yəmən Mirzəyevanı qətlə yetirib.
Məlumata görə, ruhi-əsəb xəstəsi olduğu deyilən Q.Mirzəyev həyat yoldaşını küt alətlə vuraraq öldürüb.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Surxay Şahbazov