Cəlilabad rayonunda elektrik yarımstasiyasından kabel oğurlanıb.

Hadisə oktyabrın 17-də rayonunun Uzuntəpə kəndində yerləşən elektrik yarımstansiyasında baş verib.

Belə ki, elektrik yarımstansiyasının həyətindən 1 200 metr kabel oğurlanıb.

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Tural Qasımov tutulub.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırmalara başlanılıb.