Ötən gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ana doğuşdan sonra dünyasını dəyişib.

Vəfat edən şəxs Biləsuvar rayon sakini Əhmədova Xəyalə Ədalət qızıdır. Onun xəstəxanada qeysəriyyə yolu ilə əkiz övladı dünyaya gəlib.

X. Əhmədovanın əvvəlcə vəziyyəti yaxşı olsa da, sonradan halı pisləşib və vəfat edib.

Ehtimal olunur ki, ölümə ananın təzyiqinin qəfil düşməsi səbəb olub.

***

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Əhmədova Xəyalə Ədalət qızı Cəlilabad RMX-ya kritik ağır vəziyyətdə daxil olub.

Həkimlərin verdiyi məlumata görə, hamiləlik zamanı antenatal xidməti olmayıb və müayinə zamanı əkiz uşaqların olduğu müəyyənləşib:

“Uşaqlığında çapıq var idi, çünki ilk hamiləliyi də keysəriyyə vasitəsilə həyata keçirilib. Daxil olduğu zaman periferik ciddi ödemləri olub, təyziqi  220-150 mm c st, preeklampsiya ağır dərəcədə, anemiya 3-cü dərəcə, hemoqlobin 60 qram litrlə, dölyanı mayenin axması ilə xəstəxanaya daxil olub. Uşaqların biri 2 kq 300qr, digəri isə 2 kq 100 qr olaraq keysəriyyə ilə əməliyyata alınıb götürülüb. Uşaqların vəziyyəti stabildir”.

Məlumatda həmçinin qeyd olunub ki, ana əməliyyatdan dərhal sonra reanimasiyaya götürülüb, reanimasiyaya daxil olarkən  xəstədə böyrək çatışmazlığı inkişaf edib:

“Xəstənin ağ ciyəri ödem idi. Bir neçə patologiya bir arada olduğuna görə reanimasiyada bütün tədbirlər multidisiplinar qaydada həyata keçirildi. Reanimatoloqlar tərəfindən baxış keçirilib. Xəstəyə 6 saat ərzində ən yüksək səviyyədə Sipiar tədbirləri həyata keçirilib. Təkrar intubasiya edilib, kardiopulmanar resustasiya olunub, xəstədə ürək çatışmazlığı, ağciyər tənəffüs çatışmazlığı inkşaf etsə də, ürəyin süni, qapalı masajı və dəfələrlə defibilyasiya edildi. Bütün reanimasyon tədbirlərin keçirilməsinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb”.

İstinadlar Qafqazinfo