Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

Rayon sakini, 1993-cü il təvəllüdlü Nuriyev Vahid Sübhan oğludur.

Onun yaxınlarının sözlərinə görə, V.Nuriyev ayağında şiş yarandığı üçün xəstəxanaya müraciət edib. Xəstəxanada ona sistem köçürülüb. Sistemdən sonra şoka düşüb və ölüb.

Hadisə ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, sözügedən şəxs bu gün xəstəxanaya müraciət edib.

“Xəstəyə ilkin tibbi yardım göstərilən zaman onun halı pisləşib. Daha sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstə vəfat edib”, – xəstəxanadan bildirilib.

Qeyd edək ki, mərhum iki uşaq atasıdır.

İstinadlar Report