Cəlilabadda 10 yaşlı uşağa iynə vurulandan sonra vəziyyəti ağırlaşıb.

Hadisə mart ayının 6-da rayonunun Qarazəncir kəndində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü Elnar Mustafayev mərkəzi xəstəxanaya aparılarkən yolda ölüb.

Meyitə baxış zamanı sağ və sol sağrı nahiyəsində nöqtə şəkilli ətrafları qansızmalı ineksiya yerlərindən başqa xəsarət aşkar olunmayıb.

Məlum olub ki, onun anası Əfsanə Cəfərova xəstə övladını müalicə etdirmək üçün əczaçılıq məktəbini bitirmiş, hazırda rəsmi olaraq işləməyən kənd sakini Sevda Xəlilovanın evinə aparıb. Əczaçı Elnarı müayinə edərək boğaz nahiyəsinə pambıqla “liqol” dərmanı sürtüb, seftriaksion” iynəsi ilə prob qoyub. Daha sonra xəstənin halı pisləşdiyi üçün 0,5 qram “deksametazon” iynəsi vurub. Huşsuz vəziyyətə düşən uşaq rayon mərkəzi xəstəxanasına aparılan zaman ölüb.

Cəlilabad Rayon prokurorluğunda faktla bağlı cinayət işi açılıb.

İstinadlar Qafqazinfo