Son günlər Azərbaycanın bir sıra rayonlarda güclü istilər müşahidə olunur.

Ölkə üzrə hökm sürən isti hava şəraiti ilə bağlı artıq ilan sancma hadisələrinə də rast gəlinir.

“Report”un Muğan bürosu isti hava şəraitinin müşahidə olunduğu Cəlilabad və Biləsuvar rayonlarında ilansancma hadisələri ilə maraqlanıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından isə “Report”un Muğan bürosuna verilən məlumata görə, yay fəsli daxil olandan bu günə qədər rayon ərazisində 3 nəfər ilan sancma ilə bağlı xəstəxanaya müraciət edib:

“Onlardan biri azyaşlı olub. Hər 3 xəstəyə xəstəxanada ilan zəhəri əleyhinə zərdab vurulub və digər zəruri tədbirlər görülüb. Ölən olmayıb”.

İstinadlar Report