Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad Rayon Pərdi kənd sakini Oqtay Rufullayev saxlanılıb. 

Onun üzərinə baxış keçirilərkən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evə də baxış keçirilib. Evin həyətindəki tövlədə gizlədilmiş 2 bükümdə narkovasitə polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb.

Onun üzərindən və həyətindəki tövlədən götürülmüş, ekspertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 3 kiloqram 118 qram heroin olması barədə rəy verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

İstinadlar DİN, Qafqazinfo