Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Parlament Assambleyasının Baş katibi, xanım Ruksandra Popa ilə görüşüb.
Bu barədə Nümayəndəlikdən məlumat verilib.
Görüş zamanı Azərbaycanın Milli Məclisi ilə NATO Parlament Assambleyası arasındakı əməkdaşlıq, eləcə də Azərbaycan millət vəkillərinin NATO Parlament Assambleyasının bu ilin may ayında Lüksemburqda baş tutmuş yaz sessiyasında, həmçinin payızda Danimarkada keçiriləcək illik sessiyasında iştirakı barədə söhbət edilib.