
Cəbrayıl rayonunda 58 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
1967-ci il təvəllüdlü Behbudov Bayram Mövluş oğlu idarə etdiyi avtomobili yol kənarına aşırıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub.