“Bir insanın kofeinə fərdi dözümsüzlüyü yoxdursa, gün ərzində qəbul edilən üç-dörd fincan çay təhlükəli olmayacaq”.

Bunu rusiyalı qastroenteroloq Yevgeni Belousov bildirib.

Onun sözlərinə görə, bu dozanın aşılması həddindən artıq kofein qəbulu ilə nəticələnə bilər və həmçinin qaraciyər, böyrək və mədə zədələnməsi riskini artırır.

“Hər hansısa bir xəstəliyiniz varsa, fərdi çay dozasını həkiminizlə məsləhətləşməlisiniz. Çayın orta səviyyədə istehlakı sağlamlıq üçün faydalı hesab olunur: onun tərkibində antioksidantlar, polifenollar və flavonoidlər, vitaminlər və minerallar var”, – Belousov qeyd edib.

Həkim həmçinin çaya şəkərin əlavə edilməsinin içkini sağlamdan zərərli hala gətirə biləcəyini vurğulayıb.

Qeyd edək ki, alimlərin fikrincə yaşıl çay ağız boşluğunun mikrob tərkibinə təsir edərək periodontit riskini azaldır. Bundan əlavə, krampların səbəblərindən biri olduğuna inanılan hormonabənzər maddələr olan prostaqlandinlərin istehsalını boğaraq menstrual ağrıları aradan qaldıra bilər.

İstinadlar Qafqazinfo