Çaylarda suyun səviyyəsi artıb

Yanvarın 18-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-130 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 125 kubmetr olmaqla ongünlük normanın 78 faizini təşkil edir. 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 57 kubmetr təşkil etməklə ongünlük normanın 85 faizinə bərabərdir. 

Yanvarın 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra və Salyan məntəqələrində 6, Şirvan və Araz çayının Novruzlu məntəqələrində 4, Bankədə 8 santimetr artıb. 

Hazırda suyun səviyyəsi Surra məntəqəsində 434, Şirvanda 303, Salyanda 278, Bankədə 253, Araz çayının Novruzlu məntəqəsində isə 153 santimetrə bərabərdir. 

Oxumağa dəyər:   Ekspert: Bu il Şri-Lankanın turizm sektoru 1,5 milyard dollar zərər görəcək

İstinadlar Qafqazinfo

Çaylarda suyun səviyyəsi artıb

Çaylarda sululuq səviyyəsi dəyişib.

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 85-95, Kiçik Qafqazın çaylarında 40-180, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 75-145 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, dekabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 177 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 112 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Son dəfə məntəqədə su sərfi 82,5 m3/s olmaqla, ongünlük normanın 109 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 42 m3/s təşkil edərək ongünlük normanın 56 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 2, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım qeydə alınıb, lakin Salyan məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Oxumağa dəyər:   İkinci mərhələyə proqram seçimi elan edilib

Surra məntəqəsində suyun səviyyəsi 446 sm (2017-ci il dekabrın 14-də 380 sm), Şirvanda 333 sm (2017-ci il dekabrın 14-də 269 sm), Salyanda 297 (2017-ci il dekabrın 14-də 232 sm), Bankədə 257 sm (2017-ci il dekabrın 14-də 206 sm), Araz çayının Novruzlu məntəqəsində isə 138 sm (2017-ci il dekabrın 14-də 130 sm) təşkil edib.

İstinadlar Qafqazinfo

Çaylarda suyun səviyyəsi artıb

Son günlər üzrə respublikanın çay və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 170-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-100 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, fevralın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 135 m3/s olmaqla ongünlük normanın 79 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 157 m3/s olmaqla ongünlük normanın 92 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 59 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 79 m3/s təşkil edərək ongünlük normanın 112 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, fevralın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində və Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Bankədə 10, Salyanda isə 7 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 475 sm (2016-cı il fevralın 17-də 419 sm), Şirvanda 353 sm (2016-cı il fevralın 17-də 305 sm), Salyanda 336 sm (2016-cı il fevralın 17-də 250 sm), Bankədə 259 sm (2016-cı il fevralın 17-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 195 sm (2016-cı il fevralın 17-də 151 sm) təşkil edir.