Çaylarda suyun səviyyəsi açıqlandı

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-110 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 135 kubmetr olmaqla ongünlük normanın 84 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 64 kubmetr təşkil etməklə ongünlük normanın 96 faizinə bərabərdir.

Yanvarın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra və Araz çayının Novruzlu məntəqələrində 2, Salyan və Bankədə 3, Şirvanda isə 6 santimetr azalıb.

Hazırda suyun səviyyəsi Surra məntəqəsində 446, Şirvanda 333, Salyanda 308, Bankədə 262, Araz çayının Novruzlu məntəqəsində isə 173 santimetrə bərabərdir.

Oxumağa dəyər:   Zimbabve prezidenti Bakıya gəldi - Foto

İstinadlar Qafqazinfo

Çaylarda suyun səviyyəsi açıqlandı

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə 90 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla, ongünlük normanın 61 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 77 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 11.0 m3/s olmaqla, ongünlük normanın 16 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 26.0 m3/s təşkil edərək, ongünlük normanın 38 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Bankə və Araz çayının Novruzlu məntəqələrində 2 sm, Surrada 3 sm azalma, Şirvanda 6 sm, Salyan məntəqəsində isə suyun səviyyəsində 4 sm artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 353 sm (2016-cı il avqustun 25-də 361 sm), Salyanda 146 sm (2016-cı il avqustun 25-də 144 sm), Bankədə 191 sm (2016-cı il avqustun 25-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 sm (2016-cı il avqustun 25-də 75 sm) təşkil edir.