Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

Çavuşoğlu öz tvitter hesabındakı paylaşımında bu fikirləri qeyd edib:

“29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə anıram. Bəşəriyyətə qarşı törədilən bu cinayəti unutmamışıq və unutmayacağıq!”