“Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan da hər zaman Türkiyənin yanındadır”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu Azərbaycanın, xüsusən Türkiyənin olmadığı platformalarda hər zaman rəsmi Ankaranın haqlarını ən azı Türkiyə qədər müdafiə etdiyini xüsusi olaraq vurğulayıb.

XİN başçısı Türkiyə və Azərbaycanın birlikdə yer aldığı üçlü və dördlü formatları diqqətə çatdıraraq, tərəflərin başda Asiyada olmaqla, bölgədə sülh üçün fəaliyyət göstərmələri ilə yanaşı, nəqliyyat və ticarət kimi sahələrdə də digər ölkələrə yardım göstərmək istədiklərini bildirib.

İstinadlar Report