Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fələstin və İsrailə səfər edəcək.

Bu barədə “Report”un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Türkiyə XİN başçısının səfər çərçivəsində sabah Fələstin Prezidenti Mahmud Abbasla görüşü planlaşdırılıb. Çavuşoğlu həmçinin fələstinli həmkarı Riyad Malki ilə də görüşəcək.

Mayın 25-də isə Türkiyə XİN başçısı İsrailə səfər edəcək. Çavuşoğlu İsrailin xarici işlər naziri və baş nazir vəzifəsini müvəqqəti icra edən Yair Lapidlə təkbətək və geniştərkibli görüş keçirəcək.

İstinadlar Report