Türkiyə Xarici İşlər Nazirliyi ölkə lideri Rəcəb Tayyib Ərdoğan ilə Suriya Prezidenti Bəşşar Əsəd arasında telefon danışığı hazırlandığı dair iddiaları təkzib edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Hazırda Suriya ilə birbaşa təmaslardan söhbət belə gedə bilməz” deyib.

Çavuşoğlu qeyd edib ki, yalnız xüsusi xidmət orqanları vasitəsilə danışıqlara başlanılıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyə KİV iki ölkə başçısının telefon danışığı apara biləcəyini yazmışdı.