Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı və qazaxıstanlı həmkarları ilə görüş üçün Aktau şəhərinə gedib.

Nazir bununla bağlı tviter hesabında yazıb.

“Türkiyə-Azərbaycan-Qazaxıstan Xarici İşlər və Nəqliyyat Nazirlərinin ikinci görüşü üçün Qazaxıstanın Xəzər sahilindəki liman şəhəri Aktaudayıq”, – Türkiyənin xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, sabah Aktau şəhərində Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.

Görüş üç ölkəni maraqlandıran məsələlər üzrə mövcud koordinasiyanı gücləndirmək və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıyır.

İstinadlar Report