“Ölkələrdən bizə təklif gələndə, “Nə göndərə biləcəksiniz?” deyirik. Əgər əllərində təyyarə və helikopter varsa, o məlumatları alırıq, Kənd Təsərrüfatı və Meşə Nazirliyinə çatdırırıq, yoldaşlarımız təhlil edir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada yanğınlarla bağlı vəziyyəti dəyərləndirərkən deyib.

Nazir ehtiyac olan helikopterlərlə bağlı da danışıb:

“Bəzi ölkələrdən, məsələn, Azərbaycandan iki ədəd gəldi. Rusiyadan tapdıq. Onları satın alırıq. Bunlar qırılar, tökülər, çünki mübarizə davam edir”.

İstinadlar Qafqazinfo