Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verib.

Türkiyənin XİN rəhbərinin rəsmi tviter hesabında edilən paylaşımda deyilir:

“Bu gün baş verən hərbi helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Qəhrəman Azərbaycan Silahlı Qüvvələrinə və Can Azərbaycan hökumətinə və xalqına başsağlığı verirəm”.

İstinadlar Qafqazinfo