Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi Ankaranın Rusiya ilə bağlanmış müdafiə müqaviləsi üzrə mövqeyinin dəyişmədiyini bildirib.

O bunu bazar günü Suriya ilə həmsərhəd Hatay əyalətinə səfəri zamanı deyib.

“Ankara ABŞ-ın S-400 zenit raket komplesləri ilə bağlı tələblərini qəbul etməyəcək”, – deyə XİN rəhbəri vurğulayıb.

Rusiyadan alınan S-400 sistemlərinin ilk partiyası Türkiyəyə iyul ayında tədarük olunacaq.

İstinadlar Report