“Türkiyə ilə ABŞ arasındakı münasibətlər qırılma nöqtəsindədir”

Bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.
“Türk xalqı ABŞ-a çox mənfi yanaşır. Sözlərini tutmurlar və mütəmadi olaraq yalan söyləyirlər. Ölkələrimiz arasındakı münasibətlər qırılma nöqtəsindədir.
Münasibətlərin tamamilə qırılmaması üçün fevral ayında bəzi işçi qruplar quruldu. Onların qarşısına bir şərt qoyduq: Əgər sözlərini yenə tutmasalar, biz də səbirli davranmayacağıq”, – XİN rəhbəri bildirib.

İstinadlar Axar