Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə baş tutan “Azərbaycan-Türkiyə münasibətləri Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində” adlı tədbirdə “Azərbaycan-Türkiyə hərbi-təhlükəsizlik əlaqələrinin Türk Dövlətləri Təşkilatına təsiri” mövzusunda panel iclası keçirilir.
Panel başlamazdan əvvəl BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev TDT-nin fəaliyyətindən söz açaraq bu gün onun türk dövlətləri arasında münasibətlərdə mühüm rol oynadığını vurğulayıb.
Daha sonra panel iclasında moderatorluq edən BMTM-in şöbə müdiri Cavid Vəliyev TDT-nin bu il 15-ci ildönümü olmasına diqqət çəkib:
“Ümumilikdə TDT son 30 ildə üç mərhələdən keçib və mənə görə dördüncü mərhələyə doğru gedir. Bundan sonrakı mərhələ Türk Dövlətləri Təşkilatı Türk Dövlətləri Birliyinə doğru gedir. 2009-cu ildə Naxçıvan sazişi dörd dövlət arasında imzalandı. Amma biz görürük ki, Qarabağ zəfərindən sonra türk dövlətləri arasında inam daha da möhkəmlənib, türk dövlətləri birliyə daha da meyillənib və bu gün biz bunun nəticəsi olaraq Qırğızıstan və Qazaxıstan səfirlərini tədbirdə aramızda görürük. Dünya təkqütblü dünya sistemindən çoxqütblü dünya sisteminə keçir və nəticədə regional əməkdaşlığı gücləndirəcək təşkilatlara tələbat artır. TDT də belə təşkilatlardan biridir”.
C.Vəliyev qeyd edib ki, birgə bir çox layihələr həyata keçiriləcək, düşündürücü məqam bu layihələrin təhlükəsizliyini kimin təşkil edəcəyidir: