Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu bütün layihələr regional inkişafa hədəflənib.

Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev İtaliya Senatında keçirilən “İtaliya, Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli əlaqələr: Enerji təhlükəsizliyi və xarici siyasət” mövzusundakı tədbirdə çıxışı zamanı bildirib.

C.Vəliyev qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycanın Orta Dəhliz boyu nəqliyyat imkanları artacaq: “Bu, regionun bütün dövlətləri üçün yeni imkanlar yaradacaq”.

BMTM-in şöbə müdiri logistika sahəsindəki müsbət məqamları da sadalayıb:

İstinadlar Report