“Sevimli bəstəkarımız Cavanşir Quliyev hazırda əməliyyatdadır”.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı sosial şəbəkə hesabında yazıb.

“Ailəsi ilə indi əlaqə saxladım, 2-3 saat sonra vəziyyəti ilə bağlı dəqiq məlumat verəcəklərini bildirdilər. Bəstəkarımıza Allahdan şəfa diləyirik”, –  deyə şöbə müdiri əlavə edib.

Qeyd edək ki, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılıb. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olub. 

 

İstinadlar Qafqazinfo