30 may 2020-ci ildə deputat Cavanşir Feyziyev seçicilərlə görüşlərini Şəki şəhərində davam etdirib.

Deputatın Şəkidə yerləşən qəbul ofisində vətəndaşların fərdi qəbulu keçirilib. Deputat öncədən məktubla fərdi görüş arzusu ilə müraciət etmiş 14 seçici ilə təkbətək görüşüb. Görüşlərdə vətəndaşlar şəxsi məsələləri ilə bağlı – əsasən yaşadıqları ev və mənzillərin qəzalı vəziyyətdə olması, bank kreditlərinin ödənilməsi, şəhidlik statusunun təsdiq edilməsi, sosial pensiya təminatı, iş yerləri və məhkəmə qərarları ilə bağlı üzləşdikləri problemləri müzakirə ediblər.

Deputat səsləndirilən şikayətlərlə bağlı müvafiq dövlət qurumlarına müraciət ediləcəyini və vətəndaşları narahat edən suallara aydınlıq gətirələcyini vəd edib.

Görüşlərdə deputatın köməkçisi Akif Salamov da iştirak edib.