“Azərbaycan öz sosial-iqtisadi inkişafında sosial sahibkarlığa xüsusi diqqət ayırır”.

Bunu BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı daimi əlaqələndiricisinin müavini Çaru Bista Avropa İttifaqının (Aİ) və UNDP-nin dəstəyi ilə təşkil olunan “Azərbaycanda sosial sahibkarlıq siyasəti: Sosial müəssisələrin dəstəklənməsi üçün siyasət və ekosistem tövsiyələri” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, sosial sahibkarlıq Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün xüsusi əhəmiyyət kəsb edir.

“Azərbaycanda sosial sahibkarlıq hələ ilkin mərhələdədir, lakin kifayət qədər maliyyə ayrılarsa, ölkə bu sahədə çox nailiyyətlər əldə edə bilər. Azərbaycanın 2022-2026-cı illər üçün sosial-iqtisadi strategiyasında ekosistem və sosial sahibkarlıq məsələlərinin öz əksini tapması məni sevindirir”, – Ç.Bista bildirib.

O, Azərbaycanın sosial-iqtisadi inkişafında bu məsələyə xüsusi diqqət ayrıldığını nəzərə çatdırıb.

İstinadlar Report