
Cənubi Afrika Respublikasının cənub-qərbində Corc şəhərində tikilməkdə olan binanın uçması nəticəsində ölənlərin sayı 30-a çatıb.
Bu barədə şəhər meriyası məlumat yayıb.
Məlumata görə, 22 nəfər itkin düşmüş hesab olunur, onların axtarışı davam etdirilir. Bununla yanaşı, 29 nəfər xilas edilib, onlardan 13-ü xəstəxanadadır.
Bundan əvvəl 24 nəfərin öldüyü bildirilirdi.
Tikintidə Mozambik və Malavidən olan miqrantlar işləyirmiş.