Cənubi Afrika Respublikasının (CAR) Umlazi şəhərində hosteldə açılan atəş nəticəsində 7 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bu barədə ölkənin polisi məlumat yayıb.

Bu gün (iyunun 3-də – red.) yaşları 20-40 arasında olan doqquz kişi hostelin bir otağında spirtli içki qəbul edərkən naməlum silahlı şəxslər onlara atəş açıb, daha sonra onlar oradan gizləniblər. Hadisə yerində 7 zərərçəkən yerindəcə keçinib, ikisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib”, – polisin məlumatında qeyd olunub.

Polis bildirib ki, atışmanın səbəbi hələlik məlum deyil.

İstinadlar Report