Çanaqqalada Azərbaycan şəhidləri abidəsi ucaldılıb.

Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tvitter hesabında yazıb.

“Çanaqqala Zəfərinin 108-ci ildönümündə Çanaqqala Şəhidliyində türk qardaşlarımızla birlikdə bu müqəddəs torpaqda canlarını fəda edən Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarətçilərin istifadəsinə verilib”, – səfir qeyd edib.

Mərasimdə bir sıra şəxslər iştirak edib.

İstinadlar Report