Azərbaycanın dostu, Özbəkistanın Xalq şairi Camal Kamal 85 yaşında dünyasını dəyişib.

Bu Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Camal Kamalın əsas xidmətlərindən biri müqəddəs “Qurani-Kərim”in özbək dilinə tərcümə etməsidir. Şair, həmçinin bir sıra Azərbaycan şairlərinin – Məhəmməd Füzuli, Xəlil Rza, Bəxtiyar Vahabzadənin əsərlərini özbək dilinə çevirib.

Allah rəhmət eləsin!

İstinadlar Qafqazinfo