Türkiyədə yayımlanan “Kim milyoner olmak ister?” yarışmasında maraqlı anlar yaşanıb.
Verilişin aparıcısı, aktyor Oktay Kaynarca iştirakçılardan birinə özünün də bir zamanlar səhnə aldığı “Kurtlar Vadisi” serialı ilə bağlı sual ünvanlayıb.
Sualda “43-cü bölümdə vurulub, 45-ci bölümdə ölən “Kurtlar Vadisi” obrazının hansı olduğu soruşulub”.
İştirakçı suala düzgün (B- Süleyman Çakır) cavab verib. Həmin vaxt Oktay Kaynarca hisslərini belə ifadə edib:
“Bu bir nostalji sualı idi. Maraqlı idi”.
Həmin görüntüləri təqdim edirik: