Trabzonlu iş adamları Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdır və onlar Türk dünyasının digər ölkələrində də fəaliyyətlərini genişləndirməlidirlər.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakıda keçirilən Trabzon İş Adamları Platfomasında (TİAP) deyib.
C.Bağçı bildirib ki, bu cür platformalar iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə zəmin yaradır: “Həmçinin ölkəmizi burada tanıdarkən Azərbaycanı da Türkiyədə düzgün formada təqdim etmək, qardaşlığımızı gücləndirmək imkanına sahib oluruq”.