Fəaliyyətinə Amerikada davam edən məşhur türk ulduzu Çağatay Ulusoy çəkiliş meydançasından ticarətə atılır.

Azərbaycan 24 xəbər verir ki, yaraşıqlı aktyorun türk lokantası açmasına dair məlumat yayılıb.

Məkanda müştərilərə çay-qəhvə və şirniyyatlar təqdim ediləcək.

Çağatay Ulusoy bu ilin(2019)  dünya üzrə 9-cu yaraşıqlı kişi seçilərək TOP-100-də ilk onluqda qərarlaşıb.