Qərb Saheldəki terror təhlükəsini ortaq problem kimi qəbul etməli və yerli orduları gücləndirməklə həll yolunu axtarmalıdır.

Bunu Çadın xarici işlər naziri Mahamat Saleh Annadif deyib.

“Terrorçuluq təhlükəsi qlobal xarakter daşıyır və bu, qlobal reaksiya tələb edir. Saheldəki terrorçuluq Avropa və Yaxın Şərqdəki terrorizmlə bağlıdır. Bizim hərbçilər terrorla mübarizə aparmağa öyrəşməyib, onlar bu istiqamətdə təlim keçməlidirlər, buna uyğunlaşdırılmalıdırlar. Söhbət söhbət təlim sistemi və silahlardan gedir”, – o, Antalya Diplomatik Forumunda Saheldə təhlükəsizlik məsələlərinə dair müzakirələr zamanı deyib.

İstinadlar Report