
Çadın paytaxtı Ncamena şəhərinin mərkəzində prezident sarayına edilən hücumda 18-i terrorçu olmaqla, azı 19 nəfər ölüb.
Şəhərin mərkəzinə gedən bütün yollar bağlanıb, tanklar və polislər sarayın mühafizəsini təşkil edir. Şəhər sakinləri də Çadın Prezidenti Mahamat İdriss Debi İtnoya dəstək nümayişi üçün küçələrə çıxıblar.