
Çadın mərkəzində Monqo həbsxanasından qaçmağa cəhd edən dörd məhbus ölüb.
Məlumata görə, müəssisədəki pis şəraitə etiraz olaraq həbsxanaya gizli şəkildə silah gətirilib. Sonra məhbuslar fürsətdən istifadə edərək həbsxanadan qaçıblar.
Yerli təhlükəsizlik rəsmiləri insident zamanı dörd məhbusun öldüyünü və bir neçə həbsxana mühafizəçisinin yaralandığını bildirib.