Çadda daşqınlar nəticəsində ən azı 340 nəfər həlak olub.
Bunu BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) rəsmi nümayəndəsi Yens Larke Cenevrədə keçirilən brifinqdə bildirib.
“Keçən ayın sonunda biz Çadda 964 mindən çox insanın leysan yağışları və şiddətli daşqınlardan zərər çəkdiyini bildirdik.Hazırda bu rəqəm təxminən 1,5 milyon nəfərə çatıb, ən azı 340 nəfər isə ölüb.
OCHA 3,4 milyon insanın artıq kəskin aclıqla üzləşdiyi ölkədə ərzaqla bağlı vəziyyətin pisləşəcəyini proqnozlaşdırır ki, bu da Çadda bu günə qədər qeydə alınmış ən yüksək ərzaq təhlükəsizliyi səviyyəsidir.